22 dekabr 2025. Bazar ertəsi

Xavi Simons rəsmən "Leypsiq"də


  • Transfer
  • 13:33 05.08.2024
  • Oxunma sayı: 149
Xavi Simons rəsmən "Leypsiq"də

PSJ-nin gənc yarımmüdafiəçisi Xavi Simons karyerasını rəsmən "Leypsiq"də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, futbolçu yenidən Almaniya klubunda icarə əsasında çıxış edəcək. Paris klubunun mətbuat xidmətindən verilən məlumata görə, 21 yaşlı futbolçu qarşıdakı mövsümü yenidən icarə əsasında “Leypsiq”də keçirəcək.

Qeyd edək ki, Almaniya komandasının gələn yay satın alma variantı olmayacaq. Simonun parislilərlə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Mütəxəssislər yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro dəyərində qiymətləndirirlər.

Xatırladaq ki, ötən mövsüm niderlandlı oyunçu Almaniya çempionatında "Leypsiq"in heyətində 32 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq