23 oktyabr 2024. Çərşənbə

“Atletiko Madrid” “Çelsi” ilə tam razılıq əldə etdi


  • Transfer
  • 14:31 05.08.2024
  • Oxunma sayı: 81
“Atletiko Madrid” “Çelsi” ilə tam razılıq əldə etdi

“Çelsi” və “Atletiko Madrid” klublarının rəhbərləri ingilis yarımmüdafiəçi Konor Qallaxerin transferi ilə bağlı razılığa gəliblər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O “təqaüdçülər” və “matrasçılar” 24 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəldiyini və Madrid klubunun futbolçu ilə 5 illik müqavilə imzalayacağını və bu transfer üçün təxminən 40 milyon avro ödəyəcəyini qeyd edib.

İngiltərəli yarımmüdafiəçi tezliklə "Atletiko Madrid"də tibbi müayinədən keçmək üçün İspaniyaya gedəcək.

Xatırladaq ki, Konor Qallaxer ötən mövsüm İngiltərə çempionatında "Çelsi"nin heyətində 37 oyun keçirib və bu oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.







Transfer