23 oktyabr 2024. Çərşənbə

De Yonq “Mançester Yunayted”ə təklif olundu


  • Transfer
  • 16:01 05.08.2024
  • Oxunma sayı: 93
De Yonq  “Mançester Yunayted”ə təklif olundu

Yarımmüdafiəçi Frenkie de Yonq bu yay "Barselona"nı tərk edə bilər.

 90deqiqe.Az-ın “El Nacional”a istinadən məlumatına görə, Kataloniya klubu yay transfer pəncərəsində niderlandlını satmağa cəhd edir. "Mavi qranatlar" de Yonqun satışından 35-40 milyon avro arasında gəlir əldə etmək istəyir. Yarımmüdafiəçinin xidməti artıq bir sıra klublara, o cümlədən “Mançester Yunayted”ə təklif olunub.

Problem de Yonqun həftədə 600 min avro təşkil edən yüksək maaşıdır.

Ötən mövsüm Frenkie de Yonq "Barselona"nın heyətində bütün yarışlarda otuz oyuna çıxıb, iki qol vurub.







Transfer