23 oktyabr 2024. Çərşənbə

"Yuventus" Bremerlə bağlı qərarını verdi


  • Transfer
  • 17:15 05.08.2024
  • Oxunma sayı: 77
"Yuventus" Bremerlə bağlı qərarını verdi

"Yuventus" klubu müdafiəçisi Bremerlə yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumatı yayıb.

Braziliyalı futbolçunun yeni müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Mətbuatda yayılan xəbərlərə görə, futbolçunun maaşı mövsümə 6 milyon avro olacaq.

Bremer 2022-ci ilin yayında 47 milyon avroya "Torino"dan "Yuventus"a keçib.

Ötən mövsüm braziliyalı müdafiəçi Turin klubunun heyətində qırx oyun keçirib və üç qol vurub. Futbolçunun transfer dəyəri altmış milyon avro olaraq qiymətləndirilir.







Transfer