23 oktyabr 2024. Çərşənbə

"Borussiya"dan "Vest Hem"ə


  • Transfer
  • 21:23 05.08.2024
  • Oxunma sayı: 72
"Borussiya"dan "Vest Hem"ə

Hücumçu Niklas Füllkruq "Borussiya Dortmund"dan "Vest Hem"ə keçib.

90deqiqe.Az-ın İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, 31 yaşlı futbolçu ilə müqavilə 4 mövsüm üçün nəzərdə tutulub.

Transfermarkt-ın məlumatına görə, sövdələşmə 27 milyon avro təşkil edib. Füllkrug 2023-cü ilin yayından "Borussiya"da çıxış edir.

Ötən mövsüm forvard alman klubunda 46 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib. Niklas Füllkrug AVRO-2024-də Almaniya millisində 21 oyunda və 13 qolla, o cümlədən 5 oyunda iki qol vurub. "Borussiya" ötən mövsüm Çempionlar Liqasının finalına yüksəlib, "Vest Hem" Premyer Liqa turnir cədvəlini 9-cu yerdə başa vurub.







Transfer