23 oktyabr 2024. Çərşənbə

PSJ Sançesi "Benfika"ya icarəyə verib


  • Transfer
  • 21:26 05.08.2024
  • Oxunma sayı: 79
PSJ Sançesi "Benfika"ya icarəyə verib

PSJ-nin yarımmüdafiəçisi Renato Sançeş icarə əsasında "Benfika"ya keçib.

90deqiqe.Az-ın Fransa klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, icarə müqaviləsində 26 yaşlı futbolçunun sonradan alınması bəndi də yer alıb.

Sançeş "Benfika"nın yetirməsidir, 2015/2016 mövsümündə Portuqaliya klubunda oynayıb, ölkə çempionu olub. Həmçinin karyerası ərzində o, ötən mövsümü icarə əsasında keçirdiyi "Bavariya", "Suonsi Siti", "Lill" və "Roma"nın şərəfini qoruyub. 2016-cı ildə Renato Sançeş Portuqaliya millisi ilə Avropa çempionu olub. Ötən mövsüm "Benfika" Portuqaliya çempionatında qızıl medal qazanan "Sportinq"dən 10 xal geri qalaraq 2-ci yeri tutub.







Transfer