22 dekabr 2025. Bazar ertəsi

Serbiya millisinin qolkiperi Səudiyyə Ərəbistanı klubuna keçib


  • Transfer
  • 21:31 05.08.2024
  • Oxunma sayı: 168
Serbiya millisinin qolkiperi Səudiyyə Ərəbistanı klubuna keçib

Qapıçı Predraq Raykoviç "Malyorka"dan "Əl İttihad"a keçib.

90deqiqe.Az-ın Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, serbiyalı qolkiperlə 4 illik müqavilə imzalanıb.  28 yaşlı oyunçunun keçidi  "Əl İttihad"a 11 milyon avroya başa gəlib.

Raykoviç 2022-ci ildən "Malyorka"da çıxış edir. O, əvvəllər “Reyms” və “Makkabi Tel-Əvivi” təmsil edib, həmçinin öz ölkəsində “Yaqodina” və “Srvena Zvezda” klublarında çıxış edib. Predraq Raykoviç Serbiya millisində 35 oyun keçirib.

Xatırladaq ki, “Əl-İttihad”da bir neçə məşhur futbolçu çıxış edir, o cümlədən “Liverpul”un sabiq yarımmüdafiəçisi Fabinyo və “Çelsi”nin keçmiş yarımmüdafiəçisi N’Qolo Kante.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq