23 oktyabr 2024. Çərşənbə

"Çelsi" 20 yaşlı hücumçu üçün 41 milyon avro ödəyəcək


  • Transfer
  • 22:10 05.08.2024
  • Oxunma sayı: 105
"Çelsi" 20 yaşlı hücumçu üçün 41 milyon avro ödəyəcək

Ötən mövsüm icarə əsasında "Alaves"də çıxış edən "Atletiko Madrid"in hücumçusu Samu Omorodion karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O ispan klubunun londonlular ilə 20 yaşlı futbolçunun müqavilə şərtlərini müzakirə etdiyini və futbolçu üçün 40,7 milyon avroluq təklifini qəbul etməyə hazır olduğunu qeyd edib.

Omorodion 2023-cü ildən "Atletiko Madrid"də çıxış edir. Ötən mövsüm futbolçu "Alaves"də icarə əsasında çıxış edib, bütün turnirlərdə 36 oyun keçirib, 9 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.







Transfer