- Transfer
- 21:53 26.11.2024
"Ayaks"ın və Argentinanın olimpiya yığmasının qapıçısı Jeronimo Rulli karyerasını "Marsel"də davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O Fransa klubunun oyunçu ilə müqavilə imzalamaq üçün artıq Amsterdam klubu ilə danışıqlar apardığını və "Marsel"in baş məşqçisi Roberto De Zerbi onu qapıçı mövqeyini gücləndirmək üçün ən yaxşı variant hesab etdiyini qeyd edib.
Ruqli 2023-cü ildən “Ayaks”da çıxış edir. Ötən mövsüm qapıçı paytaxt klubunun heyətində bütün turnirlərdə 8 oyun keçirib, 12 qol buraxıb. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 5 milyon avrodur.