23 oktyabr 2024. Çərşənbə

"Atletiko Madrid" Alvaresin transferini tamamlamağa yaxındır


  • Transfer
  • 22:39 05.08.2024
  • Oxunma sayı: 83
"Atletiko Madrid" Alvaresin transferini tamamlamağa yaxındır

"Atletiko Madrid" "Mançester Siti"nin hücumçusu Xulian Alvaresin transferi ilə bağlı danışıqları yekunlaşdırmağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist David Ornstein "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O  hələlik müqavilə imzalanmadığını lakin klublar artıq yekun qiymət və ödəniş şərtlərini müzakirə etmək mərhələsində olduğunu və Madrid klubunun bu transfer üçün 70 milyon avro ödəyəcəyini qeyd edib.

Ötən mövsüm 24 yaşlı hücumçu bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.







Transfer