23 oktyabr 2024. Çərşənbə

O, niyə “Liverpul”u yox, “Çelsi”ni seçib?


  • Transfer
  • 11:02 06.08.2024
  • Oxunma sayı: 83
O, niyə “Liverpul”u yox, “Çelsi”ni seçib?

"Çelsi"nin yarımmüdafiəçisi Moises Kaysedo "Liverpul"a deyil, London klubuna keçməyə qərar verməsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki,  jurnalist Ben Yakobs 22 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Çətin qərar idi, çünki bildiyiniz kimi, “Liverpul” böyük komandadır. Ancaq "Çelsi" bir neçə ay idi ki, mənimlə idi və hiss etdim ki, bu gedişi əldən verə bilməyəcəm. "Brayton" məni buraxmaq istəmədiyi çətin anlarda mənimlə idilər. Bu, çətin qərar idi, lakin yüz faiz düzgündür"

Xatırladaq ki, Moises Kaysedo 2023-cü ilin yayında 116 milyon avroya "Brayton"dan "Çelsi"yə keçmişdi.







Transfer