23 oktyabr 2024. Çərşənbə

"Mançester Siti"nin sabiq futbolçusu La Liqa nəhənginə doğru


  • Transfer
  • 11:12 06.08.2024
  • Oxunma sayı: 81
"Mançester Siti"nin sabiq futbolçusu La Liqa nəhənginə doğru

"Əl-Nəsr" və İspaniya millisinin müdafiəçisi Aymerik Laporte karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.

 90deqiqe.Az-ın “Football Espana"ya istinadən məlumatına görə, Madrid klubu 30 yaşlı futbolçunun transferi üçün artıq danışıqlarada başlayıb. Futbolçunun özü də La Liqaya qayıtmaq istəyir.

İspaniyaya qayıtmaq üçün Laporte hətta maaşını əhəmiyyətli dərəcədə azaltmağa da hazırdır.

 "Matrasçılar"dan əlavə, "Real Madrid"də futbolçunun xidmətində maraqlıdır.

Xatırladaq ki, Aymerik Laport ötən mövsüm “Əl-Nəsr”in heyətində Səudiyyə Ərəbistanı çempionatında 27 oyun keçirib və bu oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib. Bundan əvvəl müdafiəçi "Mançester Siti"də Premyer Liqada çıxış edib.







Transfer