23 oktyabr 2024. Çərşənbə

“Atletiko” Alvaresin transferi üçün “Siti”lə razılaşdı


  • Transfer
  • 14:09 06.08.2024
  • Oxunma sayı: 90
“Atletiko” Alvaresin transferi üçün “Siti”lə razılaşdı

"Atletiko Madrid" argentinalı hücumçu Xulian Alvaresin transfer qiyməti ilə bağlı "Mançester Siti" ilə anlaşıb.

 90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, "matrasçılar"  bonusları da nəzərə alaraq 24 yaşlı forvarda görə "şəhərlilər"ə 95 milyon avro ödəyəcək. Bu satış Mançester klubu üçün rekord olacaq.

Qeyd edək ki, sövdələşməni başa çatdırmaq üçün Alvares hələ də "Atletiko" ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırmalıdır.

Xatırladaq ki, ötən mövsüm Alvares İngiltərə çempionatında "Mançester Siti" ilə 36 görüş keçirib və bu görüşdə 11 qol vurub və 9 məhsuldar ötürmə edib. 







Transfer