3 iyul 2026. Cümə

Luçesku bu millini çalışdıracaq


  • Transfer
  • 15:28 06.08.2024
  • Oxunma sayı: 212
Luçesku bu millini çalışdıracaq

Mirça Luçesku Rumıniya millisinin yeni baş məşqçisi olub.

90deqiqe.Az-ın Rumıniya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumata görə, 79 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Luçeskunun son iş yeri 2023-cü ildə tərk etdiyi Kiyev “Dinamo”su olub. Bundan əvvəl rumıniyalı çalışdırıcı Türkiyə millisinə və “Zenit”ə başçılıq edib, 2004-2016-cı illərdə 21 ölkə kuboku və UEFA kubokunu qazandığı “Şaxtyor”un sükanı arxasında olub. Luçeskunun karyerasında digər diqqət çəkən klublar arasında "İnter", "Qalatasaray" və "Beşiktaş" da var.

2024-cü il Avropa çempionatında Rumıniya yığması qrupdan çıxıb və 1/8 finalda Hollandiya millisinə 0:3 hesabı ilə uduzub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır