23 oktyabr 2024. Çərşənbə

Mahir Emreli rəsmən Almaniya klubunda


  • Transfer
  • 17:27 06.08.2024
  • Oxunma sayı: 94
Mahir Emreli rəsmən Almaniya klubunda

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniyanın "Nürnberq" klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu yeni klubu ilə 1 illik sözləşmə imzalayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunda artırıla bilər.

Qeyd edək ki, M.Emrelinin son olaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda top qovub. Mahir ötən mövsüm Zaqreb təmsilçisinin heyətində 24 matça çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu daha əvvəl Türkiyənin "Konyaspor" klubunda icarə əsasında top qovub.







Transfer