- Transfer
- 18:38 24.11.2024
Qarabağ'ın iki sabiq futbolçusu Türkiyə birinci liqasında çıxış edən “Akhisarspor”un maraq dairəsinə düşüb.
Corner.az-ın xəbərinə görə, bu haqda “Hürriyyət” qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda klub hücumçu axtarışındadır. Siyahıda Kennedi İqboananike, eləcə də Ağdam klubunda forma geyinmiş İnnosent Emeqara və Raydel Pupponun adı var. Bu üç oyunçudan birinin “Akhisarspor”a transferi gözlənilir.
Xatırladaq ki, “Qarabağ” Emeqara ilə 2018/19 mövsümünün sonu yolları ayırıb. Raydel Puppon isə 2015/16 mövsümündə Ağdam klubunda çıxış edib.