25 dekabr 2025. Cümə axşamı

Kyeza “Barselona”ya təklif olundu


  • Transfer
  • 19:41 06.08.2024
  • Oxunma sayı: 163
Kyeza “Barselona”ya təklif olundu

"Yuventus"un yarımmüdafiəçisi Federiko Kyeza karyerasını İspaniyada davam etdirə bilər.

 90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, futbolçunun xidmətləri "Atletik Bilbao"nun futbolçusu Niko Uilyamsa alternativ olaraq "Barselona"ya təklif olunub.

Kataloniya klubu hələ də Uilyamsın transferi ilə bağlı bask komandası ilə razılığa gəlməyib, ona görə də heyəti gücləndirmək üçün daha ucuz variantları nəzərdən keçirə bilərlər.

"Yuventus" bu yay italyan oyunçunu  iyirmi milyon avroya satmağa hazırdır, çünki vingerin müqaviləsi 2024/25 mövsümünün bitməsindən sonra başa çatır.

Keçən mövsümdə Kyeza bütün yarışlarda "Yuventus"un heyətində 37 oyuna çıxıb, 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a