23 noyabr 2024. Şənbə

“İnter”dən “Sevilya”ya


  • Transfer
  • 20:15 06.08.2024
  • Oxunma sayı: 89
“İnter”dən “Sevilya”ya

"İnter"in yarımmüdafiəçi Lüsyen Aqum karyerasını "Sevilya"da davam etdirəcək.

90deqiqe.Az-ın İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, Əndəlüs təmsilçisi 22 yaşlı futbolçu ilə 4 illik razılıq əldə olunub. Bu keçid La Liqa klubuna 4 milyon avroya başa gəlib.

Aqum 2019-cu ildən “İnter”də oynayır və vaxtının çoxunu “Spesiya”, “Brest” və “Troyes”də icarə əsasında keçirib. Ötən mövsümün ikinci yarısında "Sevilya"da icarə əsasında çıxış edən fransalı yarımmüdafiəçi Əndəlus təmsilçisində 13 oyun keçirib. Aqum müxtəlif yaşlarda Fransanın gənclər komandalarında çıxış edib.

O, 2019-cu ildə 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.







Transfer

"Lion"dan A Seriyasına
  • Transfer
  • 22:18 22.11.2024
"Lion"dan A Seriyasına