- Transfer
- 23:54 22.11.2024
Yarımmüdafiəçi Coşua Kimmix "Bavariya"da oynamağa davam edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Tobi Altşeffl "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O futbolçunun bu yay Münhen klubunu tərk etməyəcəyini. PSJ futbolçunun transferi ilə bağlı "Bavariya" ilə əlaqə saxlasa da, Kimmix parislilərə qoşulmaq istəmədiyi üçün danışıqlar yarımçıq qaldığını qeyd edib.
Kimmixin Münhendə özünü evdəki kimi hiss etdiyi və ailəsi üçün yeni ev tikdiyi bildirilir.
Coşua 2015-ci ilin iyulundan "Bavariya"da çıxış edir. Ötən mövsüm Kimmix bütün turnirlər daxil olmaqla 43 matçda meydana çıxıb, iki qol vurub və on məhsuldar ötürmə verib. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 50 milyon avrodur.