- Transfer
- 23:54 22.11.2024
Hazırda "Mançester Siti"nin hücumçusu Xulian Alvares "Atletiko Madrid"lə şəxsi müqaviləsinin şərtləri ilə bağlı danışıqları davam etdirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O argentinalı futbolçunun “matrasçılar”ın düşərgəsinə keçməsində məvacibin müzakirəsi həlledici amil olduğunu qeyd edib.
Bir müddət əvvəl PSJ-nin ona illik 10 milyon avro məvacib təklif etməsi vəziyyəti çətinləşdirir, hücumçunun hələ də "Atletiko"ya keçməsi ilə bağlı yekun qərar vermədiyi vurğulanır.
Ötən mövsüm 24 yaşlı hücumçu bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun Argentina millisində də 36 matçı var, bu oyunda Alvares 9 qol vurub.