22 dekabr 2025. Bazar ertəsi

"Monako"dan İngiltərə nəhənginə


  • Transfer
  • 17:41 07.08.2024
  • Oxunma sayı: 193
"Monako"dan İngiltərə nəhənginə

"Monako"nun fransalı yarımmüdafiəçisi Yusuf Fofana "Mançester Yunayted"ə keçə bilər.

90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, “qırmızı şeytanlar” "Milan" və “Vest Hem” klublarının da istədiyi 25 yaşlı fransız futbolçunu transfer etməkdə maraqlıdır.

 Mançester klubu əvvəlcə PSJ-dən Manuel Uqarteni almağa ümid etsə də, parislilər yarımmüdafiəçi üçün həddindən artıq pul istədiyi üçün İngiltərə klubu bu transferdən imtina edib.

Xatırladaq ki, Yussouf Fofana ötən mövsüm moneqasklıların heyətində Fransa çempionatında 32 oyun keçirib və bu oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Fofana “Monako”dan başqa Strasburqda da çıxış edib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq