23 oktyabr 2024. Çərşənbə

De Xea “Fiorentina”ya keçir


  • Transfer
  • 19:01 07.08.2024
  • Oxunma sayı: 81
De Xea “Fiorentina”ya keçir

“Mançester Yunayted”in sabiq qapıçısı David de Xea karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O “Fiorentina”nın “qırmızı şeytanlar”la müqaviləsi başa çatan ötən yaydan klubsuz qalan ispan qapıçı ilə danışıqlara başladığını və qapıçı ilə iki mövsümlük müqavilə imzalanacağını qeyd edib.

Xatırladaq ki, De Xea “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 545 oyun keçirib, bunun 190-da qapısını təmiz saxlayıb. “Transfermarkt”ın məlumatına görə, qapıçının transfer qiyməti beş milyon avro qiymətləndirilir.







Transfer