- Transfer
- 23:54 22.11.2024
"İnter"in yarımmüdafiəçisi Valentin Karboni icarə əsasında "Marsel"ə keçib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumatı yayıb.
Müqavilədə 19 yaşlı futbolçunun icarə müddəti bitdikdən sonra mümkün satın alınması bəndi də yer alıb.
Xatırladaq ki, Karboni "Marsel"ə keçməzdən əvvəl "İnter"lə əmək müqaviləsini 2029-cu ilin yayına qədər uzadıb.
Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlər daxil olmaqla 32 matçda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, Karboninin dəyəri 15 milyon avrodur.