23 oktyabr 2024. Çərşənbə

"Çelsi" müdafiəçisini Çempionşip klubuna icarəyə verdi


  • Transfer
  • 19:14 07.08.2024
  • Oxunma sayı: 76
"Çelsi"  müdafiəçisini Çempionşip klubuna icarəyə verdi

"Çelsi" gənc müdafiəçisi Alfi Qilkristi "Şeffild Yunayted"ə icarəyə verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumatı yayıb.

Futbolçu gələn mövsümü "Blades"in uğurları üçün çalışacaq.

Qilkristi London klubunun akademiyasının yetirməsidir. 20 yaşlı futbolçunun əsas rolu mərkəz müdafiəçisi olsa da, müdafiənin sağ cinahında da oynaya bilir. Transfermarkt portalı Şeffild Yunaytedin güclənməsini 5 milyon avro qiymətləndirir. Futbolçu əvvəllər heç vaxt "Çelsi"ni icarə əsasında belə tərk etməyib.

Xatırladığımız kimi, “Şeffild Yunayted” ötən mövsüm Premyer Liqadan aşağı liqaya düşüb.







Transfer