23 oktyabr 2024. Çərşənbə

 "Spartak" “Qalatasaray”ın daha bir futbolçusunu transfer edir


  • Transfer
  • 23:49 07.08.2024
  • Oxunma sayı: 163
 "Spartak" “Qalatasaray”ın daha bir futbolçusunu transfer edir

“Qalatasaray”ın futbolçusu Derrik Köhn karyerasını "Spartak Moskva"da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Euro-Futbol" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Mosvka təmsilçisi futbolçu ilə şəxsi müqavilə danışıqlarını davam etdirir, lakin klublar özləri artıq oyunçu üçün təzminat məbləği barədə razılığa gəliblər ki, - bu, bonuslarla birlikdə "Spartak" klubuna səkkiz milyon avroya başa gələcək.

“Qalatasaray”ın digər futbolçusu Kərəm Aktürkoğlu ilə bağlı da “Spartak” İstanbul klubu ilə danışıqları davam etdirir.

Əvvəllər futbolçunun “Spartak”da hər mövsümdə dörd yarım milyon avro qazanmaq istədiyi iddia olunurdu.

Köhn  2024-cü ilin fevralından Türkiyə klubunda çıxış edir. Bu müddət ərzində o, 16 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. 2023/24 mövsümündə Aktürkoğlu 54 matçda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.







Transfer