23 oktyabr 2024. Çərşənbə

Premyer Liqa klubu "Yuventus"un istədiyi futbolçunu transfer etdi


  • Transfer
  • 08:48 09.08.2024
  • Oxunma sayı: 97
Premyer Liqa klubu "Yuventus"un istədiyi futbolçunu transfer etdi

"Vest Hem" "Nitsa"nın müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O London klubunun 24 yaşlı futbolçu üçün "Nitsa"ya 40 milyon avro və futbolçunun növbəti satışından faiz təklif etdiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Todibonun "Yuventus"a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı. "Qoca sinyora" müdafiəçini gələn yay məcburi satınalma variantı ilə 30 milyon avroya icarəyə verməyə hazırdı.

Xatırladaq ki, Jan-Kler Todibo ötən mövsüm “Nitsa”nın heyətində Fransa çempionatında 30 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Bundan əvvəl müdafiəçi “Şalke”, “Barselona” və “Tuluza”da çıxış etməyi bacarıb.







Transfer