23 oktyabr 2024. Çərşənbə

"Napoli"nin ulduzu Səudiyyə Ərəbistanına köçür


  • Transfer
  • 08:55 09.08.2024
  • Oxunma sayı: 94
"Napoli"nin ulduzu Səudiyyə Ərəbistanına köçür

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu bu yay transfer pəncərəsində hücum xəttini ciddi şəkildə gücləndirmək istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Ben Yakobs "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Səudiyyə Ərəbistanı təmsiçisinin nigeriyalı ulduz hücumçu Viktor Osimhenin transferi ilə bağlı "Napoli" ilə razılığa gəlmək istədiyini və 25 yaşlı futbolçunun karyerasını Avropada davam etdirmək variantını axtarsa da Səudiyyə Ərəbistanına keçməyin əleyhinə olmadığını qeyd edib.

Qeyd edək ki, bundan əvvəl mətbuatda "Əl-Əhli"nin "Zenit"dən kolumbiyalı Mateo Kasyerranı transfer etmək istədiyi barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, Viktor Osimhen ötən mövsüm İtaliya çempionatında “Napoli”nin heyətində 25 oyun keçirib, bu oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer