23 oktyabr 2024. Çərşənbə

"Çelsi"nin sabiq müdafiəçisi karyerasını BƏƏ-də davam etdirəcək


  • Transfer
  • 11:17 09.08.2024
  • Oxunma sayı: 72
"Çelsi"nin sabiq müdafiəçisi karyerasını BƏƏ-də davam etdirəcək

Premyer Liqadakı çıxışları ilə tanınan fransalı müdafiəçi Kurt Zuma karyerasını BƏƏ çempionatı klublarından birində davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder David Ornstein "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 29 yaşlı futbolçunun tezliklə "Şabab Əl-Əhli" klubuna keçəcəyini və artıq BƏƏ komandasının müdafiəçinin transferi ilə bağlı "çəkiclilər"lə razılığa gəldiyini qeyd edib.

Zuma tezliklə tibbi müayinədən keçəcək və yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, fransız buna qədər "Everton", "Stok Siti", "Çelsi" və "Sent-Etyen"də çıxış etməyi bacarıb. Xatırladaq ki, Kurt Zouma ötən mövsüm İngiltərə çempionatında “Vest Hem”in heyətində 33 oyun keçirib və 3 qol vurub.







Transfer