23 oktyabr 2024. Çərşənbə

Conatan Ta "Bayer"də qalacaq


  • Transfer
  • 11:20 09.08.2024
  • Oxunma sayı: 68
Conatan Ta "Bayer"də qalacaq

"Bayer"in müdafiəçisi Conatan Ta bu yay klubunu dəyişməyəcək.

90deqiqe.Az-ın “Kicker”ə istinadən məlumatına görə, "Bavariya"nın istədiyi alman oyunçu 2024/2025 mövsümündə "Bayer"də oynamağa davam edəcək. Buna səbəb 28 yaşlı futbolçunun transfer qiyməti ilə bağlı "əczaçılar"la razılığa gələ bilməməyi olub.

Qeyd edək ki, müdafiəçi 2015-ci ildən Leverkuzen komandasında çıxış edir. Ötən mövsüm Ta Leverkuzen klubu ilə Bundesliqa çempionu olub.

Xatırladaq ki, Conatan Ta ötən mövsüm “Bayer”in heyətində Almaniya çempionatında 31 oyun keçirib. Müdafiəçi dörd qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer