23 oktyabr 2024. Çərşənbə

"Barselona" millinin üzvü üçün növbəti təklif göndərdi


  • Transfer
  • 11:31 09.08.2024
  • Oxunma sayı: 82
"Barselona" millinin üzvü üçün növbəti təklif göndərdi

"Barselona" klubu gənc ispan hücumçu Niko Uilyamsın transferi ilə bağlı "Atletik Bilbao" ilə razılığa gəlməyə çalışır.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə,Uilyamsın transferi üçün "Atletik"ə təkmilləşdirilmiş təklif göndərən Kataloniya klubu üçün 22 yaşlı ispaniyalının imzası prioritetdir.

Qeyd edək ki, bask komandası ilə danışıqlara “Barselona”nın prezidenti Joan Laporta şəxsən rəhbərlik edir.

Xatırladaq ki, Niko Uilyams ötən mövsüm “Atletik”in heyətində İspaniya çempionatında 31 oyun keçirib. Forvard 5 qol vurub və 11 məhsuldar ötürmə edib.Uilyamsın transfer dəyərini mütəxəssislər 60 milyon avro qiymətləndirirlər.







Transfer