27 noyabr 2024. Çərşənbə

"Bornmut"un forvardı "Tottenhem"ə keçməyə yaxındır


  • Transfer
  • 15:44 09.08.2024
  • Oxunma sayı: 95
"Bornmut"un forvardı "Tottenhem"ə keçməyə yaxındır

“Bornmut”un hücumçu Dominik Solanke karyerasını “Tottenhem”də davam etdirəcək.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə,  26 yaşlı futbolçu tezliklə  Şimali London klubu ilə müqavilə imzalayacaq.  “Tottenhem”in ingilis oyunçu üçün nə qədər ödəyəcəyi hələlik məlum deyil, lakin Solankenin müqaviləsində 75 milyon avro sərbəst buraxılma maddəsi var.

Qeyd edək ki, forvard 2019-cu ildən "Bornmut"da çıxış edir. Solanke əvvəllər "Liverpul" və "Vitess"də çıxış edib.

Xatırladaq ki, Dominik Solanke ötən mövsüm "Bornmut"un heyətində İngiltərə çempionatında 38 oyun keçirib, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer