23 oktyabr 2024. Çərşənbə

"Barselona" Dani Olmonun transferini açıqlayıb


  • Transfer
  • 17:50 09.08.2024
  • Oxunma sayı: 101
"Barselona" Dani Olmonun transferini açıqlayıb

 "Leypsiq"in yarımmüdafiəçisi Dani Olmonun "Barselona"ya keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumatı yayıb.

Futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalandığı və razılaşmaya beş yüz milyon avroluq təzminat məbləği daxil olduğu və bu transferin. bonuslar da daxil olmaqla altmış milyon avroya başa gəldiyi qeyd olunub. Oyunçu "Blaugrana"da iyirmi nömrə geyinəcək.

Dani Olmo "Barselona"nın yetirməsidir. O, 2014-cü ildə Zaqreb "Dinamo"suna keçəndə Kataloniya klubundan ayrılıb. Ötən mövsüm yarımmüdafiəçi "Leypsiq"in heyətində bütün turnirlərdə 25 oyun keçirib, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer