23 oktyabr 2024. Çərşənbə

Abraham "Bornmut"da Solankeni əvəz edə bilər


  • Transfer
  • 19:35 09.08.2024
  • Oxunma sayı: 99
Abraham "Bornmut"da Solankeni əvəz edə bilər

"Roma"nın hücumçusu Temmi Abraham İngiltərə Premyer Liqasına qayıda bilər.

90deqiqe.Az-ın “Mirror”a istinadən məlumatına görə, "Bornmut" forvardı transfer etməkdə maraqlıdır.

“Albalılar” hücumçu lideri Dominik Solankeni 60 milyon funta “Tottenhem”ə satmağa yaxındır.

"Bornmut" Abrahamı Solankanın əvəzləyicisi kimi nəzərdən keçirir

. "Roma" ingilis futbolçunun mövsümdə üç yarımdan dörd milyon funt-sterlinq arasında dəyişən maaşına qənaət etmək niyyətindədir. Bununla belə, belə bir oyunçunun maaşı "Bornmut" üçün də problem yarada bilər. Hazırda klublar arasında rəsmi danışıqlar aparılmayıb.







Transfer