23 oktyabr 2024. Çərşənbə

Bundesliqa klubu türk əsilli futbolçu transfer etdi


  • Transfer
  • 19:43 09.08.2024
  • Oxunma sayı: 92
Bundesliqa klubu türk əsilli futbolçu transfer etdi

Türkiyə əsilli alman cinah müdafiəçisi Dəniz Undav növbəti dəfə Almaniya Bundesliqasında çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki,28 yaşlı yarımmüdafiəçi “Brayton”dan “Ştuttqarta” keçib. Bu dəfə icarə əsasında deyil, birdəfəlik alınma bəndi ilə transfer edilib. Yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan əmək müqaviləsi imzalanıb.

Bu transfer Bundesliqa klubuna 26,7 milyon avroya başa gəlib.

Qeyd edək ki, Undav icarə əsasında çıxış etdiyi "Ştuttqart"la başa çatan Bundesliqa mövsümündə 33 oyunda iştirak edib, 19 qol vurub və on məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer