- Transfer
- 23:26 18.09.2024
Bir neçə top klub "Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Komanı transfer etməkdə maraqlıdır.
90deqiqe.Az-ın “Bild”ə istinadən məlumatına görə, fransalı futbolçu ilə təkcə PSJ və “Barselona” deyil, “Mançester Siti” də maraqlıdır. “Şəhərlilər” bir müddətdir ki, futbolçunun ətrafındakı vəziyyəti izləyirdilər.
Hazırda klublar arasında konkret danışıqlar aparılmır, lakin İngiltərə çempionu Komanı birədəfəlik almaq şərti ilə icarəyə götürmək istəyir.
"Barselona" və PSJ oxşar sxem üzrə hərəkət etmək niyyətindədir. "Bavariya" futbolçusunu icarəyə götürmək variantını nəzərdən keçirməyə hazırdır.
Keçən mövsüm Kinqsli Koman Münhen klubunun heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.