- Transfer
- 18:00 21.12.2025
Bir ildən çox komandasız qalan “Mançester Yunayted”in sabiq qapıçısı David de Xeanın yeni iş yeri bəlli olub.
90deqiqe.Az xəbər verir ki, 33 yaşlı qolkiper bundan sonra "Fiorentina"da çıxış edəcək. İtaliya komandası ispan qolkiper ilə əmək müqaviləsi bağladığını açıqlayıb. Tərəflər arasında sövdələşmənin təfərrüatları hələlik açıqlanmır.
Müqavilənin bir illik olacağı, lakin daha bir mövsüm uzadılması variantı ilə bağlı olacağı iddia olunur.
Ötən mövsümdən əvvəlki mövsüm David de Xea İngiltərə çempionatında "Mançester Yunayted"lə 38 oyun keçirib, bunun 18-də qapını təmiz saxlaya bilib.