- Transfer
- 23:27 04.10.2024
"Mançester Yunayted"in yarımmüdafiəçisi Antoni Səudiyyə Ərəbistanı çempionatına getmək istəmir.
90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, 24 yaşlı futbolçunun tezliklə Səudiyyə Ərəbistanına köçmək fikri yoxdur. Antoni Səudiyyə klublarından gələn bütün təklifləri rədd edib, baxmayaraq ki, "Mançester Yunayted"in rəhbərləri bu yay oyunçunu satmağın əleyhinə deyillər.
Qeyd edək ki, hazırda ekspertlər braziliyalının transfer dəyərini cəmi 25 milyon avro qiymətləndirirlər. Xatırladaq ki, Antoni ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində İngiltərə çempionatında 29 oyun keçirib və 1 qol vurub və bir məhsuldar ötürmə edib.