26 dekabr 2025. Cümə

“Tottenhem”də yeni hücumçu


  • Transfer
  • 17:33 10.08.2024
  • Oxunma sayı: 166
 “Tottenhem”də yeni hücumçu

"Bornmut"un hücumçusu Dominik Solanke bundan sonra “Tottenhem”də çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumatı yayıb.

 London klubu 26 yaşlı hücumçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan əmək müqaviləsi imzaladığını açıqlayıb.

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, transfer məbləği 55 milyon funt-sterlinq olmaqla yanaşı, 10 milyon funt-sterlinq bonus olub.

Xatırladaq ki, Dominik Solanke ötən mövsüm "Bornmut"un heyətində İngiltərə çempionatında 38 oyun keçirib, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a