23 oktyabr 2024. Çərşənbə

"Mançester Yunayted" Hermosonu transfer edir


  • Transfer
  • 17:49 10.08.2024
  • Oxunma sayı: 82
"Mançester Yunayted" Hermosonu transfer edir

Bir müddət əvvəl "Atletiko Madrid"dən ayrılan müdafiəçi Mario Hermoso İngiltərədə çıxış edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Mançester Yunayted"in 28 yaşlı futbolçunu azad agent kimi transfer etmək variantını nəzərdən keçirdiyini və artıq agenti ilə ilkin danışıqlara başladığını qeyd edib.

Qeyd edək ki, Hermoso 2019-cu ildən "Atletiko Madrid"də çıxış edirdi. İspan futbolçu Madrid klubunun heyətində ötən mövsüm 31 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer