23 oktyabr 2024. Çərşənbə

"Vest Hem" ingilis futbolçunun transferi ilə bağlı "MY" ilə razılığa gəlib


  • Transfer
  • 17:56 10.08.2024
  • Oxunma sayı: 92
"Vest Hem" ingilis futbolçunun transferi ilə bağlı "MY" ilə razılığa gəlib

"Vest Hem" "Mançester Yunayted"in sağ cinah müdafiəçisi Aaron Van-Bissaka ilə bağlı razılığa gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O tərəflərin bu gün razılaşmağa yaxın olduğunu və futbolçunun sabah tibbi müayinədən keçərək müqaviləyə qol çəkəcəyini qeyd edib.

Futbolçu Xulen Lopeteqinin komandasına qoşulmağa açıqdır və artıq transferə razılıq verib.

Xatırladaq ki, 2019-cu ilin yayında “Mançester Yunayted” Van-Bisaka üçün “Kristal Pelas”a 55 milyon avro ödəmişdi. İngilis mankunianlı məşqçi Erik ten Haq üçün uyğun olmadığından rəhbərlik Aaronu satmaq qərarına gəlib.







Transfer