23 oktyabr 2024. Çərşənbə

"Barselona" "Çelsi"nin futbolçusunu transfer etməyə yaxındır


  • Transfer
  • 18:14 10.08.2024
  • Oxunma sayı: 90
"Barselona" "Çelsi"nin futbolçusunu transfer etməyə yaxındır

"Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemeka karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Toni Xuanmarti  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Kataloniya klubunun artıq 20 yaşlı  futbolçunun transferi ilə bağlı "Çelsi" ilə danışıqlar apardığını qeyd edib.

İngilis futbolçunun özü də La Liqa nəhəngində oynamağa müsbət yanaşır.

 Mütəxəssislər yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro qiymətləndirirlər. Keçən mövsüm Karni Çukvuemeka İngiltərə çempionatında "pensiyaçılar"ın tərkibində doqquz oyun keçirib, bir qol və bir məhsuldar ötürmə edib.







Transfer