9 iyul 2026. Cümə axşamı

"MY" mərakeşli futbolçu ilə müqaviləni razılaşdırıb


  • Transfer
  • 18:30 10.08.2024
  • Oxunma sayı: 203
"MY" mərakeşli futbolçu ilə müqaviləni razılaşdırıb

"Bavariya"nın müdafiəçisi Nussair Mazraui karyerasını "Mançester Yunayted"də davam etdirməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 26 yaşlı futbolçunun transferi ilə bağlı tərəflərin artıq tam razılığa gəldiyini və mərakeşlinin transferi "qırmızı şeytanlar"a bonuslarla birlikdə 20 milyon avroya başa gələcəyini qeyd edib.

Ötən mövsüm Nussair "Bavariya"nın heyətində bütün yarışlarda 29 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər