23 oktyabr 2024. Çərşənbə

"Lester" 19 yaşlı futbolçu transfer etdi


  • Transfer
  • 18:47 10.08.2024
  • Oxunma sayı: 93
 "Lester" 19 yaşlı futbolçu transfer etdi

"Brayton"un yarımmüdafiəçisi Fakundo Buonanotte bundan sonra "Lester"in uğurları üçün çalışacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumatı yayıb.

"Tülkülər" 19 yaşlı futbolçunu mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb.

Keçən mövsüm argentinalı futbolçu İngiltərə çempionatında "qağayılar"ın tərkibində 21 oyun keçirib, üç  qol və bir məhsuldar ötürmə edib.

 







Transfer