22 dekabr 2025. Bazar ertəsi

Xulian Alvares rəsmən "Atletiko"da


  • Transfer
  • 23:20 12.08.2024
  • Oxunma sayı: 153
 Xulian Alvares rəsmən "Atletiko"da

Argentina millisinin hücumçusu Xulian Alvares Madrid "Atletiko"su ilə müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumatı yayıb.

24 yaşlı forvardla müqavilə növbəti 6 il üçün nəzərdə tutulub.

"Döşək ustaları" bu keçid üçün “Mançester Siti”yə 75 milyon avro ödəyib, "şəhərlilər" bundan əlavə 20 milyon avro bonusda qazana bilərlər.

Ötən mövsüm 2022-ci il dünya çempionu və 2024-cü ildə Amerika Kubokunun qalibi bütün turnirlərdə 54 oyunda iştirak edib, o, 19 qol vurub və komanda yoldaşlarına 13 məhsuldar ötürmə verib. O, əvvəllər “River Pleyt”də çıxış edib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq