23 oktyabr 2024. Çərşənbə

"Yuventus" "Milan"ın müdafiəçisini transfer edir


  • Transfer
  • 23:27 12.08.2024
  • Oxunma sayı: 86
"Yuventus" "Milan"ın müdafiəçisini transfer edir

"Milan"ın müdafiəçisi Pyer Kalulu komandanı tərk edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabris Havkins "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Yuventus"un fransız futbolçu ilə maraqlandığını və artıq futbolçunun nümayəndələri ilə danışıqlara başladığını qeyd edib.

 Pyer Kalulu 2020-ci ilin yayında bir milyon yarım avroya "Lion"dan Milana keçib. Ötən mövsüm müdafiəçi “rossonerilər”in heyətində bütün yarışlarda on bir oyun keçirib, heç bir qol vurmayıb.







Transfer