30 iyun 2026. Çərşənbə axşamı

Milan'dan Lill'ə


  • Transfer
  • 16:08 02.08.2019
  • Oxunma sayı: 433
Milan'dan Lill'ə

“Lill” klubu heyətini yeni futbolçu cəlb edib.

Corner.az xəbər verir ki, Fransa təmsilçisi “Milan”dan Tiaqu Calonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 2024-cü ilə qədər müqavilə imzalanıb. “Lill” portuqaliyalı futbolçu üçün 5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, “Sportinq”in (Lissabon) yetirməsi olan Calo, 19 yaşadək futbolçulardan ibarət Portuqaliya millisində də çıxış edir.







Transfer