23 oktyabr 2024. Çərşənbə

Vinisius Səudiyyə Ərəbistanına köçür?


  • Transfer
  • 09:55 13.08.2024
  • Oxunma sayı: 65
Vinisius Səudiyyə Ərəbistanına köçür?

"Real Madrid"in ulduz hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun səxavətli təklifindən  rəsmi şəkildə imtina etməyib.

90deqiqe.Az-ın “AS” nəşrinə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisinin braziliyalı forvard üçün təklifi hələ də “Real Madrid” rəhbərliyi ilə müzakirə olunur və 24 yaşlı forvardın "Əl-Əhli" klubuna keçəcəyi istisna edilmir.

Qeyd edək ki, Səudiyyə klubu Los Blancos forvardı üçün bir milyard avro dəyərində inanılmaz müqavilə təklif etməyə hazırdır. Xatırladaq ki, ekspertlər Vinisius Junioru 2024-cü ildə “Qızıl top”a əsas namizədlərdən biri hesab edirlər. Ötən mövsüm braziliyalı "Real Madrid"ə La Liqa və Çempionlar Liqasını qazanmağa kömək edib.







Transfer