5 oktyabr 2024. Şənbə

Subimendi "Liverpul"a keçməkdən imtina etdi


  • Transfer
  • 10:16 13.08.2024
  • Oxunma sayı: 74
Subimendi "Liverpul"a keçməkdən imtina etdi

"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi "Liverpul"a keçməkdən imtina edib.

90deqiqe.Az-ın “Relevo”ya istinadən məlumatına görə, mersisaydlılar klubu 25 yaşlı futbolçu üçün təxminən 60 milyon avro ödəməyə hazırdı, lakin yarımmüdafiəçinin özü hər şeydən razı olduğu bask komandasında qalmağa qərar verib.

Qeyd edək ki, ispan oyunçu “Real Sosyedad”ın yetirməsidir. Onun basklarla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Xatırladaq ki, Martin Subimendi ötən mövsüm “Real Sosyedad”ın heyətində İspaniya çempionatında 31 oyun keçirib. Yarımmüdafiəçi dörd qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

Bu dörd top-klub onu izləyir
  • Transfer
  • 23:11 03.10.2024
Bu dörd top-klub onu izləyir