6 dekabr 2025. Şənbə

Malkom rəsmən Zenit'də


  • Transfer
  • 19:09 02.08.2019
  • Oxunma sayı: 417
Malkom rəsmən Zenit'də

Barcelona'nın futbolçusu Malkomun "Zenit"ə keçidi rəsmiləşib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Rusiya mətbuatı bu transfer üçün "Zenit"in 40 milyon avro təzminat ödədiyini yazıb. Klub əlavə 5 milyon avro da bonus olaraq ödəyəcək. Braziliyalı futbolçunun isə yeni klubunda ilinə 8 milyon avro qazanacağı bildirilib.

Qeyd edək ki, Malkom ötən mövsüm La Liqada 15 oyunda 1 qol vurub, 2 qolun ötürməsini verib.







Transfer