22 oktyabr 2024. Çərşənbə axşamı

"Arsenal"ı İtaliya klubuna dəyişdi


  • Transfer
  • 21:13 14.08.2024
  • Oxunma sayı: 76
 "Arsenal"ı İtaliya klubuna dəyişdi

İtaliyanın "Cenoa" klubu "Arsenal"ın sağ cinah müdafiəçisi Bruk Norton-Kaffini transfer edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə A Seriya təmsilçisinin mətbuat xidməti məlumatı yayıb.

Gənc futbolçu ilə imzalanan müqavilənin təfərrüatları açıqlanmayıb.Futbolçu "Cenoa"da on beş nömrəli forma geyinəcək.

Norton-Kaffi "Arsenal"ın gənclər komandasının bütün səviyyələrini keçib. Müdafiəçi karyerası ərzində 113 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Norton-Kaffi "Arsenal"dan başqa "Milloul" və "Koventri"də icarə əsasında çıxış edib.







Transfer